\"Gərək bəxtin əvvəldən yaxşı ola...\" - Toppuş bacı ailəsindən danışdı - VİDEO

\
ATV-nin efirində yayımlanan "Zərif Qəhrəman” verilişində aktrisa Toppuş bacı (Tünzalə Əliyeva) qonaq olub.

Sfera.az atv.az-a istinadən xəbər verir ki, aktrisa həyat hekayəsini danışıb:

"Hər bir qadın xoşbəxt olmağa layiqdir. Bəxti gətirənlərdənəm. Bu yerə gəlib çıxmağımda o qədər çətinliklərim olub ki, hətta ağlayıb üzümü başqa tərəfə çevirdiyim vaxtlarda olub. Heç bir zaman bildirməmişəm. Bu günlər də çətinliyim var. Amma zəhmət çəkirsənsə, istədiyin hər bir şeyə nail olmaq olur. Allahdan heç vat ümidinizi üzməyin. Olmayacaq deyə heç bir şeydən ümidiniz kəsilməsin. Addım atdıqca irəliyə getmək olur. Aktrisa çətin sənədir. Həm aktrisalığı, həm də ailəni tarazlaşdırmaq çətindir. Çətin olsa da öhdəsindən gəlməyə çalışıram”.


OXŞAR XƏBƏRLƏR