Ruhi Əliyeva ürəyində qəlpə daşıyan qazimizin evində - FOTO

Sfera.az xəbər verir ki, müğənni sosial media hesabında Elçin Səmədovla şəklini paylaşaraq bu sözləri yazıb:
"Suqovuşan kəndində baş verən döyüşlər zamanı ağır yaralanmış qazimiz Elçin Səmədovun yaşadığı Qəbələ şəhərinə gələrək, onunla görüşdüm. Cənab prezidentin tapşırığı ilə Elçinə Qəbələ şəhərində üç otaqlı evin verilməsi və ailəsinə maddi yardımların edilməsi məni çox sevindirdi. Elçinin ölkədaxilində ən yaxşı özəl xəstəxanalarda və xaricdə müalicəsi həyata keçiriləcək. Yenə də sözümün üstündə dayanaraq bildirirəm ki, qazimiz sağlamlığına qovuşanadək əlimdən gələni əsirgəməyəcəm”.
Xatırladaq ki, Ruhi Əliyeva bir müddət öncə qazi Elçin Səmədovun sağlamlığı ilə bağlı bütün xərcləri öz üzərinə götürəcəyini açıqlamışdı.
Jalə mehdi
Sfera.az