Logo

Aygün Kazımova: “Buna göz yumsaq, sabah...” - FOTO

Aygün Kazımova: “Buna göz yumsaq, sabah...” - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Aygün Kazımova "McDonald's”, "Papa John's" və "BurgerKing" şirkətlərini boykot edənlər sırasına qoşulub.

Sfera.az xəbər verir ki, Xalq artisti bununla bağlı sosial media hesabında paylaşım edib.

"Düzdür bugün "McDonald's” və "BurgerKing" bizim əsas problemimiz deyil, amma buna göz yumsaq, sabah digərləri də eyni səhvi edəcək. Ona görə boykot!!! Hər kəs ölkəmizin ərazi bütövlüyünə hörmət etməlidir ”.

Xatırladaq ki, bir neçə gün öncə "McDonald's Azerbaijan”ın sosial şəbəkədəki rəsmi səhifəsində Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək verən paylaşım edilib, daha sonra isə həmin paylaşım silinib. Bundan sonra şirkət ölkəmizdə kütləvi şəkildə boykot edilib.

Daha sonra boykot edilən şirkətlər siyahısına "Papa John's" və "BurgerKing"də əlavə edilib.

Aygün Kazımova: “Buna göz yumsaq, sabah...” - FOTO

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR