Logo

Röya da boykota qoşuldu - FOTO

Röya da boykota qoşuldu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Röya "McDonald's”, "Papa John's" və "BurgerKing" şirkətlərini boykot edənlər sırasına qoşulub.

Sfera.az xəbər verir ki, Xalq artisti bununla bağlı sosial media hesabında paylaşım edib.

"Heç bir qazanc və maraq Azərbaycan xalqından üstün ola bilməz”, - deyə müğənni yazıb.

Xatırladaq ki, bir neçə gün öncə "McDonald's Azerbaijan”ın sosial şəbəkədəki rəsmi səhifəsində Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək verən paylaşım edilib, daha sonra isə həmin paylaşım silinib. Bundan sonra şirkət ölkəmizdə kütləvi şəkildə boykot edilib. Hətta bir neçə gənc dünən "McDonald's”ın paytaxt Bakıdakı restoranlarının qarşısında dayanaraq oraya gələn müştərilərə məlumat verib və onları da boykota qoşulmağa səsləyib.

Daha sonra boykot edilən şirkətlər siyahısına "Papa John's" və "BurgerKing"də əlavə edilib.

Röya da boykota qoşuldu - FOTO

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR