Özgü Namalın həyat yoldaşı vəfat etdi
Kateqoriya məlum deyil
"Kurtlar vadisi” serialındakı Elif obrazı ilə tanınan Özgü Namalın həyat yoldaşı - iş adamı Serdar Oral dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, o, bu gün səhər saatlarında ürək çatışmamazlığından vəfat edib.
İki il öncə infarkt keçirən Serdar Oralın ürəyinə stend taxılıbmış.
Qeyd edək ki, aktrisa 4 il öncə Serdar Oralla evləndikdən sonra Muğlanın Köyceğiz bölgəsində yaşayır. Aktrisanın bu nikahdan Nefes və Elem Su adında iki azyaşlı uşağı var.






