“Polad Alemdar”ın 12 il həbsi istənilir
Kateqoriya məlum deyil
"Kurtlar
Vadisi" serialı ilə məşhurlaşan türkiyəli aktyor Necati Şaşmaz barəsində cinayət
işi açılıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor həyat yoldaşı Nagihan Şaşmazın səs yazılarını və "Whatsapp" mesajlarını illeqal yolla ələ keçirməkdə ittiham edilir.
Məlumata görə, o, boşanarkən həmin faktlardan istifadə etmək niyyətində olub.
Lakin Nagihan Şaşmaz məsələdən agah olan kimi məhkəməyə müraciət edib.
Tərəflər arasında danışıq yolu ilə razılaşma əldə edilmədiyi üçün İstanbul Anadolu Cümhuriyyəti Prokurorluğunda istintaq başladılıb.






