TV-lərdəki evlilik proqramları bağlanır
Maqazin
14:56 / 13.04.2016
3589
Türkiyədə bir çox kanalda yayımlanan evlilik verilişləri bağlana bilər.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, RTÜK-ə (Türkiyənin Ali Televiziya Qurumu) evlilik proqramları ilə bağlı çoxlu şikayətlər gəlib.
Bir çox kanalda yayımlanan evlilik proqramları xüsusilə qadınlar tərəfindən tənqid olunub. Tamaşaçılar bu verilişlərin reytinq uğuruna artıq şouya çevrildiyini, mənəvi-əxlaqi dəyərlərə zidd olduğunu bildiriblər. 2016-ci ildə RTÜK-ün hazırladığı "Vətəndaş təkliflərinin təhlili"ndə evlilik proqramlarına dair ümumilikdə 10 min 691 şikayət qeydə alınıb. Vətəndaşlar artıq evlilik proqramlarının ləğv olunmasını istəyir. Şikayətçilər belə verilişlərin cəmiyyətə pis təsir etdiyini vurğulayıblar. Şikayətlərin çoxunun əsasən ali təhsilli insanlardan qeydə alındığı da müəyyən edilib.
RTÜK sədri İlhan Yerlikaya da şikayətlərin çoxunun evlilik proqramları ilə bağlı olduğunu etiraf edib. Şikayətləri nəzərə alan RTÜK sədri kanal rəhbərləri ilə qapalı iclas keçirib. İclasda evlilik proqramları müzakirə olunub. RTÜK evlilik kimi müqəddəs bir mövzunun şouya çevrilməsini pisləyib. Qurum belə proqramları ya birdəfəlik yayımdan qaldıracaq, ya da onlarla bağlı çox sərt qərarlar verəcək. Qurumun qərarı yaxın günlərdə açıqlanacaq.
Fərqli kanallarda aparıcı olan Zuhal Topal, Esra Erol və Seda Sayan arasındakı qalmaqallar məsələnin ciddi şəkildə böyüməsinə gətirib çıxarıb.