“Ciddi və haqsız bir ittihamdır” – Afaq Brilliantla yaşadığı qalmaqaldan danışdı

Maqazin
19:00 / 10.08.2020
2488
"Ciddi və haqsız bir ittihamdır. Heç kimə sosial şəbəkədə cavab verən deyiləm. Mənim mənliyim, cəsarətim, şəxsiyyətim var. Brilliant Dadaşovaya qarşı heç bir şəxsi qərəzliyim yoxdur”.
Sfera.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli "ATV maqazin onlarla” verilişində deyib. O, Xalq artisti Brilliant Dadaşova ilə aralarında yaşanan qalmaqala belə münasibət bildirib:
"Bu yaxınlarda Tolikin proqramında deyir ki, oğluma haqsızlıq edib. Adımı çəkmək istəmədi. Yaşca ondan balacayam, canı sağ olsun. Oğlu foto paylaşmışdı, qucağındakı uşaq da prodüseri Nigar xanımın qızı idi. Brilliant xanım deyir ki, 2013-cü ildə bunu mən yayımlamışam. 2016-cı ildə "ATV maqazin" bağlandı və bizim "Onlar"la verilişi ilə birləşdi. Onun dediyi süjet isə "ATV maqazin"də yayımlanıb, "Onlar"da yox. Yəni o süjeti mən hazırlamamışam".
Qeyd edək ki, 2013-cü ildə B.Dadaşovanın oğlu Cahadın gizli ailə qurduğu və övladı olduğu haqda "ATV maqazin" proqramında süjet yayımlansa da, müğənni övladı haqda süjeti A.Gəncəlinin hazırladığını iddia edib.