Xatirə dəhşətindən danışıb efirdə elə ağladı ki... - VİDEO
16:15 / 28.03.2016
4344
Müğənni Xatirə İslam övladının ağır əməliyyat keçirməsindən danışıb.
BiG.AZ xəbər verir ki, ATV maqazin onlarla verilişində müğənni keçirdiyi ağır günləri xatırlayıb. Oğlunun 5 saat əməliyyat masasında gözləyən sənətçi həmin o anları xatırlayarkən göz yaşlarını saxlaya bilməyib:
"Ürəyində anadangəlmə problem var idi. Mənim gec ailə qurmağıma görə və hamiləlik zamanı 7-8 dəfə qrip olmuşdum. Uşağmı dünyaya gətirməzdən əvvəl bilirdim ürəyində dəliklər var. Amma doğuşdan sonra bu dəliklər birləşmədi. Həftədə bir dəfə xəstələnirdi. Zəif idi oğlum... Oğlumu Türkiyədə ürək həkimi müayinə edəndən sonra mənə dedi ki, istədiyiniz vaxt əməliyyat edə bilərsiniz. Amma 20 yaşına çatandan sonra problem üzə çıxacaq və sürətlə qocalacaq. Oğlum yemirdi, içmirdi, yatmırdı. Fikirləşdim ki, hələ balacadır, 3-4 yaşı olsun əməliyyat etdirərəm. Təsadüfən getdik İrana və tanınmış bir həkim var, uşağı görən kimi dedi ki, tərpənməyin . Bu uşaq elə bu an əməliyyat olunmalıdır. Uşağımın sinəsi o birindən 3 dəfə böyük idi, mən bunu görməmişdim. Həmən onu əməliyyat etdirdim. Öldüm, dirildim. Çox çətindir uşağının əməliyyatdan çıxmağını gözləmək. Nə yaxşı ki, həyat yoldaşım yanımda idi. Dəhşətli bir gün idi, o 5 saatı gözləyənə qədər...".