Xumar Qədimova: Yaşlı müəllimimlə sevgili idik

Xumar Qədimova: Yaşlı müəllimimlə sevgili idik

Müğənni Xumar Qədimova aznews.az-a müsahibə verib.

Sfera.az həmin müsahibəni ixtisarla təqdim edir:

– Tələbəlik sevginiz olubmu? 

– Olub. Yadıma gəlir, universitetdə müəllimimə vurulmuşdum.

– Tanınmış adamdır?

– Tanınmışdır, amma adını deməyəcəyəm. (gülür)

– O da sevirdimi?

– Hə, o da mənə vurulmuşdu. Amma təbii ki, sevgimiz kənardan-kənara bir-birimizə aşiq olmaqla bitdi.

 Sevgili müəlliminizin dərslərini yaxşı oxuyurdunuz?

– Əlbəttə... Hətta bir dəfə imtahan günü uşaqlar da hiss eləmişdi ki, müəllim mənə laqeyd deyil. Mən hisslərimi gizlədə bilirdim, amma o, gizlətməyi bacarmırdı. Uşaqlar mənə deyirdi ki, imtahana birinci sən gir, qoy müəllim səni görüb ürəyi açılsın, bizə də yaxşı qiymət yazsın. (gülür)

– Yaşca böyük idi?

– Çox böyük idi. Amma onu heç bir gəncə dəyişməzdim. Dəhşət sevirdim. Gözüm heç bir gənci görmürdü. Yeni ildə, bayramlarda hamı rayona gedirdi, mən isə ona görə Bakıda qalırdım...

– Maraqlıdır, hamının rayona getdiyi bir vaxtda sizin müəlliminizlə bir şəhərdə qalmaqda planınız, məqsədiniz nə idi ki?

– Vallah, bir-birimizə toxunmamışdıq. Sadəcə, onun olduğu şəhərdə rahat olurdum. Rayona getsəydim, bircə gün də dözə bilməzdim.

Xumar Qədimova çarpayıda heç vaxt tək yatmadığını söyləyib:

"Vallah, mən heç vaxt yataqda tək yatmamışam. Bir də görürsən ki, bacımı çağırıb onunla bir yerdə yuxuya gedirəm”.


OXŞAR XƏBƏRLƏR

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...

Türkiyədə saxta içkidən 11 nəfər öldü

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliy...

Yeni doğulan körpəsindən narahat olduğu üçün qonşusunun qapısının altına zəhər yeridib

Qonşular arasında mübahisələr çox vaxt səs-küy, təmizlik və ya ev heyvanı ilə bağlı məsələlərə görə yaranır. Amma Tampadakı yaşayış binasında baş verənlər bu sə...