“İşte benim stilim”də gərginlik - Həmyerlimiz dava saldı

“İşte benim stilim”də gərginlik - Həmyerlimiz dava saldı
Ötən gün "İşte benim stilim” zövq yarışmasında qalmaqal yaşanıb.
"Qafqazinfo”nun məlumatına görə, müsabiqənin iki iştirakçısı- Ayşən Ocaqverdiyeva və Berrak Deniz arasında gərgin anlar yaşanıb.
Azərbaycanlı iştirakçı poriuma çıxan Berrak Denizin geyimini tənqid edib.
O, Berrakın yarışmaya və geyimlərinə ciddi yanaşmadığını söyləyib.
Proqramda digər qalmaqal isə Ayşən Ocaqverdiyevanın podiuma çıxdığı zaman baş verib.
Yeşim Aydan Ayşənin geyimini tənqid etməyə başlayıb, onun seçiminin zövqsüz olduğunu deyib. Həmyerlimiz isə Yeşimin boyuna söz atıb:
"Geyimini bir dəfə də bəyənsən, təəccüblənərəm. Boyum uzundu, bu geyim mənə yaraşır. Düşünürəm ki, əynimdəki libas sənə yaraşmaz”.
Qalmaqala digər qalmaqallı iştirakçı Bahar Candan qoşulub. Bahar iştirakçıların Ayşəni qısqandıqlarını deyib, ona görə də daha çox tənqid etdiklərini qeyd edib.
 


OXŞAR XƏBƏRLƏR