“Ona 20 min dollar əvəzinə öz maşınımı verdim” — Kamran Həsənli danışdı

“Ona 20 min dollar əvəzinə öz maşınımı verdim” — Kamran Həsənli danışdı

Adı müğənni Samir Piriyevə qarşı dələduzluqda hallanan şoumen Kamran Həsənli məsələnin mahiyyəti ilə bağlı açıqlama verib.

Sfera.az məlumatına görə, o, ans press-ə bildirib ki, 2008-ci ildə Türkiyədə tikinti və yanacaqdoldurma fəaliyyəti ilə məşğul olan "Beypet” adlı şirkətin rəhbəri Ərhan Yılmaza 300 min avro ödəyərək şirkətin səhmdarı olub.

"Mənim səhmdar olmağım bütün şou-biznesə yayıldı. Bir müddətdən sonra müğənni Samir Piriyev mənə bildirdi ki, o da, həmin şirkətdən səhm almaq istəyir. Mən də ona məsələ barədə məlumat verdim və Samir dəfələrlə Türkiyəyə gedərək şirkətin rəhbəri ilə görüşüb, onların fəaliyyəti barədə ətraflı tanış olub. Daha sonra isə onlar Samirin 250 min dollar ödəməsi şərti ilə şirkətin 10% səhmdarı olacağı barədə Ərhanla razılığa gəliblər. Ancaq Samirin 250 min dolları ödəməyə imkanı olmadığı üçün 2009-cu ildə 115 min dollar ödədi və səhmdar oldu. Ancaq o pul ödədikdən bir müddət sonra şirkət iflas etdi”, - Kamran Həsənli bildirib.

Şoumen deyir ki, müğənninin Ərhan Yılmazla razılığa gəlməsində onun heç bir rolu olmayıb və Samirdən də pulu o almayıb:

"Şirkətin rəhbəri mənim məhkəməyə verildiyimi öyrəndikdən sonra mənim heç bir pul almadığımla bağlı rəsmi sənəd göndərib. Həmin sənəddən də mənim Samirdən bir qəpik də almadığım görünür. Şirkət bağlandıqdan sonra Samirə Ə. Yılmaz tərəfindən 15 min dollar ödəndi. Daha sonra Ərhanın xahişi ilə Piriyevə 20 min dollar qarşılığında şəxsi maşınımı verdim. Bunu sadəcə Ərhan pis vəziyyətdə qalmasın deyə eləmişəm. Yəni alanda da, verəndə də orada olmamışam. Şirkətin rəsmi sənədində də müğənniyə 80 min dollar borclu olduğu qeyd edilib”.

Kamran Həsənli onu da əlavə edib ki, Samirin onu hadisədən 7 il ötəndən sonra polisə verməsini başa düşmür:

"Mənə hələ də qaranlıqdır ki, bu qədər vaxt gözləyib. Deyirlər ki, şahidlərimiz var. Şahidlərdən biri sürücüsüdür. O deyib ki, Kamrana pulu çayxanada vermişik. Ay qardaş, işlə tanış olmadan çayxanada kiməsə 115 min dollar pul ödəyərlər. Bu məsələ hələ də qaranlıq qalır. Cinayət işi açılıb, ancaq mənə qarşı deyil, fakta görə açılıb. Hazırda da araşdırma davam etdirilir. Düşünürəm ki, əlimdə olan sənədlər mənim haqlı olduğumu ortaya çıxaracaq”.

Xatırladaq ki, məsələ ilə bağlı açqıalam verən Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı Samir Piriyev tərəfindən şikayət ərizəsi daxil olub. S.Piriyev ərizəsində Kamran Həsənlinin ondan 80 min dollar aldığını və mənimsədiyini qeyd edib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.




OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...