Logo

Ceki Çandan xəbər: "Məndən nigaran qalmayın" - FOTO

Ceki Çandan xəbər: "Məndən nigaran qalmayın" - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur aktyor Ceki Çan koronavirusla bağlı karantinə alınmadığını deyib.

O, bu barədə "İnstagram” hesabında paylaşıb.

Çan hesabında paylaşdığı fotosunun altına bu qeydləri yazıb:

"Maraqlanan, narahat olan hamıya minnətdaram. Təhlükəsizlikdəyəm, sağlam və xoşbəxtəm. Məndən nigaran qalmayın, karantində deyiləm. Hamının sağlam və təhlükəsizlikdə olmasını ümid edirəm”.

Xatırladaq ki, Ceki Çanın, onunla bərabər iki aktyor və bir rejissorun Honq Konqda iştirak etdikləri tədbirdə koronavirusa yoluxmaları şübhəsi ilə karantinə alındıqları barədə xəbər yayılmışdı.

Ceki Çandan xəbər: "Məndən nigaran qalmayın" - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR