Manafdan Vasif Məhərrəmliyə cavab: “Mənim bütün nəslim, köküm...”

Manafdan Vasif Məhərrəmliyə cavab: “Mənim bütün nəslim, köküm...”
"Mənim səs tempim başqa müğənnilərdən fəqlənir, şirindir, yanıqlıdır, zərbəlidir, səsimin ahəngi var”.

Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev Əməkdar artist Vasif Məhərrəmlinin onun ünvanına işlətdiyi "Çox gözəl xanəndə olardı ondan. Bu gün ən öndəgedən xanəndələrin sırasında ola bilərdi" fikirlərinə münasibətində deyib. Müğənni deyir ki, Vasif Məhərrəmlidən qabaq ona bu tərifi mərhum xanəndə Ağaxan Abdullayev deyib:

"Mənim səsim əsl xanəndə səsidir. Rəhmətlik Ağaxan Abdullayev sağ idi, məclislərin birində məni gördü, dedi ki, "sənin əsl xanəndə, ah-naləli bir səsin var. Nə yaxşı xanəndə deyilsən? Tar, kamla ifa etmirsən?” Dedim ki, mən xanəndə deyil, müğənni olmaq istəyirəm. Bu mənim qanımdan irəli gəlir. Xanəndə çətin sənətdir. Yəni bunu mənə Vasif Məhərrəmlidən əvvəl Ağaxan Abdullayev deyib. Mənim bütün nəslim, köküm musiqiçidir”.

Manaf Ağayev bir neçə muğam oxuduğunu da vurğulayıb:

"Tarixdə qalmaq üçün tar, kamanla bir neçə muğam yazdıra bilərdim. Əslində bir-iki muğam oxumuşam. Tam dəsgah formasında deyil, hissə-hissə oxumuşam. Xanəndə olmaq üçün şirin səs lazımdır. Xanəndə var səsi qurudur, amma mənim səsim şirindir”. 
Xanəndə olmadığına görə peşiman deyil ki?

Manaf Ağayev əksinə, müğənni olduğu üçün fəxr etdiyini deyib:

"Xanəndələrə hörmətim var, hamısı böyük sənətkarlardır. Mən toya getmək istəmişəm, xanəndələr mənim qədər toya getmir”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...