Malayziya Kralı və kraliçası karantinə yerləşdirildi

Malayziya Kralı və kraliçası karantinə yerləşdirildi

Malayziya Kralı Sultan Abdulla Riyətəddin əl-Mustafa və kraliça Əzizə Əminə Maymuna İsgəndəriyyədə karantinə yerləşdiriliblər.

Trend-in məlumatına görə, buna səbəb Kral Sarayının yeddi əməkdaşında koronavirusun aşkar edilməsi olub.

Qeyd olunur ki, Kral və kraliça üzərində keçirilən test mənfi göstərib. Buna baxmayaraq, onların 14 gün müddətinə karantinə alınması məsləhət görülüb.

Bu günədək Malayziyada 1 796 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb.


OXŞAR XƏBƏRLƏR