"Maaşlar, müavinətlər, pensiyalar gələn il də artırılacaq" - Açıqlama

 

2020-ci ilin dövlət büdcəsinin böyük bir hissəsi - təxminən 40 faizi sosial sahəyə yönəldiləcək. Bununla da Azərbaycanın büdcəsi sosial yönümlü və sosial tutumlu olur.

Sfera.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat bildirib ki, 2020-ci il Azərbaycan dövlətçiliyi tarixində sosial məqsədlərə ən çox vəsait ayrılan il kimi tarixə düşəcək.

H.Rəcəbli əlavə edib ki, bununla da 2020-ci ilin büdcəsindən əməkhaqları, müavinətlər, pensiyaların artırılması nəzərdə tutulur.

"Bu il Cənab Prezidentin sərəncamları ilə müavinətlər, pensiyalar, maaşlar artırıldı. Gələn il də belə gözləntilər var”.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.

2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 586 milyon 700 min manat təşkil etməlidir.

OXŞAR XƏBƏRLƏR

“SOCAR Polymer” avqustda tibbi maskalar üçün 2 000 tonadək məhsul istehsalı planlaşdırır

  Bu ilin may ayında  "SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Polipropilen  zavodunda 611 tona...

“Azad Zona BTQ-nin potensialını əhəmiyyətli dərəcədə artıracaq”

  Şərqlə Qərbi, habelə Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin yolu üzərində yerləşməsi Azərbaycanın Avrasiyanın regional mərkəzinə çevril...

İyulun 3-də xarici valyutaların manata qarşı məzənnələri

  Azərbaycan Mərkəzi Bankı 3 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a  verilən məlumata görə, iyulun 3-d...

SOCAR: Dənizdə işləyənlər test nəticələri mənfi çıxandan sonra işə göndərilir

 "Sərt karantin dövründə işçilərin koronavirusa (COVID-19) yoluxma və başqalarını yoluxdurma riskini minimuma endirmək üçün Azərbaycan Dövlət Neft  Şi...

Sabahın rəsmi məzənnəsi

  Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb. Məlumatda bildirilir ki, 03.07.2020-ci il tarixindən etibarən Mərkəzi Ban...

Unibank əməkdaşları arasında onlayn intellektual yarışma keçirilib

  Sərt karantin rejimi günləri ilə əlaqədar əksəriyyəti distant rejimində çalışan Unibank əməkdaşları arasında "Fibonacci - onlayn” intellektual yarışması...