Ülvi Quliyev karateçiləri belə təbrik etdi - FOTO

Ülvi Quliyev karateçiləri belə təbrik etdi - FOTO
"7 oktyabr dünya karateçiləri üçün bayram günüdür. İdmanla peşəkar səviyyədə məşğul olanlar daha yaxşı bilirlər ki, ölkəmizdə idmana və idmançılara qayğı dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ötən illər ərzində beynəlxalq idman yarışlarında qazanılan möhtəşəm qələbələrimizin təməlində müstəqil Azərbaycan dövlətinin məhz bu siyasəti, müəllim və məşqçilərimizin əvəzolunmaz zəhməti dayanıb".
 
Sfera.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, 8-ci dan Qara kəmər ustası, Ülvi Quliyev 7 oktyabr ümumdünya karateçiləri günü ilə bağlı sosisal şəbəkə hesabında paylaşımında qeyd edib.

"Dünya karateçiləri üçün  bu əziz gündə, peşəkar karateyə aidiyyatı olan şəxslərdən biri kimi xüsusi qürur hissi ilə qeyd edirəm ki, Azərbaycan idmanının əldə etdiyi qələbələrdə karateçilərimizin ciddi iştirak payı olub və tarixi Zəfərimizdən sonra, İnşAllah onların sayı daha çox olacaq!
Fürsətdən istifadə edərək, ilk növbədə, müəllim və məşqçilərimizi, ölkəmizin və dünyanın karate mənsublarını, bütövlükdə böyük idman ailəsini, bu ailənin ayrılmaz tərkib hissəsi olan gənclərimizi bayram günü münasibətilə səmimi qəlbdən təbrik edir, qalib Azərbaycan dövləti və Müzəffər Azərbaycan xalqı adına yeni-yeni uğurlar, daha möhtəşəm qələbələr arzu edirəm".
 

                                                                                                                                    

OXŞAR XƏBƏRLƏR