Ölümün 3 ay əvvəldən başladığını bilirsinizmi?

Ölümün 3 ay əvvəldən başladığını bilirsinizmi?
Ölüm dünya yaranandan insanları ən çox qorxudan məsələdir. Nə qədər qorxulu olsa da, bu reallıqdır. Bəs ölüm haqqında nə bilirik? Məsələn, ölümün bir anda deyil, 3 ay əvvəldən başladığını bilirsinizmi?
Əvvəlcə insanlar ölümü qavrayıb və öz ölümünə inanır. Daha sonra bu barədə düşünməyə başlayır, sanki kəşf etməyə hazırlaşır.
Ölümə 1-3 ay qalmış
Bir insan ölümə yaxınlaşdığını hiss edib və onu qəbul etməyə başlayanda ətrafından uzaqlaşır. Dünyadan sanki uzaqlaşma mərhələsinə başlayır. Dostları, qonşuları və hətta ailə üzvləri ilə belə görüşmək istəmir. Qonaq getməyi istəmədiyi kimi, qonaq qəbul etməyi də istəmir. Daim keçmişi və yaşadıqları barədə düşünür.
Ölmək üzrə olan insanların iştahı azalır və arıqlayırlar. Əvvəllər olduğu kimi artıq yediyi yeməklərdən ləzzət almır.  Bir vaxtlar ona əyləncəli görünən hadisələr, işlər artıq maraqsız görünməyə başlayır. Ancaq yatmaq istəyir. Bu zaman insan yemək yeməsə belə özlərini ac hiss etmir. Bu ölümə gedən yolun başlanğıcıdır.
Ölümə 1-2 həftə qalmış
Bu dövrdə insan günlərini yatmaqla keçirir.  Onun ətrafdakıları dərk etmək qabiliyyəti dəyişir. Gizli düşmənlərinin olduğunu düşünür və daim məğlub olacağı kimi düşüncələrə qapılır.  Bəzən yanında olmayan insanlarla danışır. Adətən danışdığı adam ölmüş biri olur. Hərəkətlərində isə heç bir məqsəd olmur. Çünki onlar getdikcə dünyadan uzaqlaşırlar.
Ruhi dəyişikliklərlə yanaşı bəzi fikizi dəyişikliklər də olur.  Bədən temperaturu, qan təzyiqi azalır,  nəbz bəzən yavaş, bəzən isə çox sürətli vurur. Tez-tez tərləyir. Dərisinin rəngi dəyişir. Solğun, maviyəçalan bir rəng alır. Xüsusən də, bu dəyişiklik dodaqlarda və dırnaqlarda olur.
Nəfəs alma da dəyişir. Nəbz kimi o da bəzən çox sürətli, bəzən isə zəif olur. Danışmaq qabiliyyəti azalır, sonda tamamilə dayanır.
Ölümə bir neçə gün və ya saat qalanda
Bu zaman sanki aylardır olmadığı qədər insan özünü güclü hiss edir. Yataqdan qalxır, yaxınları ilə daim danışmaq və ac qaldığı günlərin əvəzinə daha çox yemək istəyir. Bu enerji ölən adamın son fiziki ifadələridir.
Nəfəs alma tədricən daha nizamsız və yavaş olur. Tez-tez nəfər almadan sonra birdən tamamilə nəfəs kəsilir.
Əllər və ayaqlar bənövşəyi rəng olur, ləkələr yaranır, bu ləkələr yavaş-yavaş digər üzvlərdə də hiss olunur. İnsan yavaş-yavaş ərtafdakılara reaksiya vermir. Gözləri açıq olsa da, ətrafı görə bilmir. İnanclara görə, bu zaman sevdiyi şəxslərin yanında oturub onunla danışması tövsiyə edilir.
Sonunda nəfəs tamamilə kəsilir, ürək dayanır, artıq ölüm baş verib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...