Ölümlərin sayı 30 faiz artıb – “Bu demoqrafik fəlakətdir və rəsmi izahat verilməlidir”

Ölümlərin sayı 30 faiz artıb – “Bu demoqrafik fəlakətdir və rəsmi izahat verilməlidir”
"Ölkənin səhiyyə sisteminə məsul olan orqanların 2020-ci ildəki demoqrafik vəziyyətlə bağlı hesabat hazırlayaraq ictimai müzakirəyə təqdim etməsi son dərəcə vacibdir”.

Sfera.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib. O bildirib ki,  müharibədə itkilərimizi nəzərə almasaq belə, 2020-ci ildə ölkədə ölümlərin sayı 30% artıb:
 
 
"Müharibə itkiləri nəzərə alındıqda isə bu rəqəm 35% olur. 1995-ci ildən bəri  bu dövrdə 11 il ərzində ölüm sayı özündən əvvəlki ilə nisbətən azalıb, 14 ildə isə artıb. Lakin bu artımların ən yüksək səviyyəsi heç vaxt 5%-i ötməmişdi (2003-cü ildə). Yerdə qalan illərdə artım dinamikası maksimum 2-2.5% intervalında dəyişib”.

İqtisadçı qeyd edib ki, indiki 30%-lik göstərici son dərəcə kəskin artımdır: "Bu, demoqrafik fəlakət adlandırıla biləcək durumdur və rəsmi izah tələb edir. Bu statistika ilə bağlı bir vacib məqamı da vurğulamaq istərdim - son 3-4 ildə 65 yaşdan aşağı vəfat edənlərin payı əhalinin ümumi ölümlərində 40-41% aralığında dəyişsə də, 2020-ci ildə 42.6%-ə yüksəlib. Bu isə cavan ölüm əmsalının daha da yüksəldiyini göstərir”.

Günay
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR