Lukaşenko ilk xarici səfərini niyə Azərbaycana etdi? – \"Türk Şurasına üzv olmaq istəyir\"

Lukaşenko ilk xarici səfərini niyə Azərbaycana etdi? – \
Xəbər verdiyimiz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycana işgüzar səfərə gəlib. Çərşənbə axşamı Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında qeyri-rəsmi görüş keçirilib.

Bununla bağlı siyasi şərhçi Asif Nərimanlı Sfera.az-a deyib ki, Lukaşenkonun son prezident seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etməsi maraqlıdır:

"Bayden-Putin qarşıdurmasından nəsibini alacaqlar siyahısında ilk sıralarda olan Lukaşenko çətin vəziyyətə düşüb. Bayden təzyiqi, Putin Rusiya-Belarus "birləşməsi”ni ehtiva edən "dərin inteqrasiya”nın gerçəkləşməsi tələbini artıracaq. Xüsusilə Donbasdakı gərginlik fonunda Moskva Belarus planını tezləşdirmək niyyətindədir. Son seçkilərdə yaşananlar isə göstərdi ki, belaruslular rus xəttinə müsbət baxmırlar və bu, ABŞ üçün müdaxilə imkanı yaradır”.

Politoloqun sözlərinə görə, Rusiya və ABŞ arasında qalan Lukaşenko üçün hər iki seçim "sağ qalmaq” perspektivi vəd etmir: "İndi Lukaşenko üçüncü seçim axtarışındadır, yəni türk yolu. Lukaşenkonun ilk xarici səfərini Bakıya etməsinin əsas hədəfi Türk Şurasına üzv (ilkin mərhələdə müşahidəçi kimi) olmaqdır.  "Rus ittifaq”larında yer alan türkdilli ölkələrin Türk Şurasına üzv olması Minsk üçün presedent yaradır. Lukaşenko Bakı və Ankara üzərindən Qərblə münasibətlərini düzəltmək, ən azından təzyiqləri zəiflətmək şansı əldə edə bilər.

Həmçinin o, Rusiyanın "dərin interqsiya” tələbini geri çevirmək, ən azından təxirə salmaq üçün Moskvaya alternativinin olduğu mesajını verir, Rusiyaya qarşı beynəlxalq çağırışlar fonunda Moskvanın yanında görünmək istəmir”.

A.Nərimanlı qeyd edib ki, Qarabağ müharibəsindən sonra, daha doğrusu, yeni geosiyasi reallıqda yüksələn türk birliyinin qapısı Belorus lideri üçün "sağ qala bilmək” seçimidir: "Bu kontekstdə Ərdoğanın dediyi "tam və müşahidəçi qismində Türk Şurasına qatılmaq istəyən ölkələr” arasında Belarusun da olduğu ehtimalı böyükdür. Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşündən çəkilmiş foto isə özündə çox şeyi ifadə edir”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...