“Lotu Quli”yə ad günü şoku – Polis məclisə hücum etdi

“Lotu Quli”yə ad günü şoku – Polis məclisə hücum etdi
 Ukraynada azərbaycanlı "qanuni oğru”  "Quli” ləqəbilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb. 
 
Bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin məlumat yayıb. 
 
"Quli”nin tərəfdarları onun doğum gününü qeyd etmək üçün Ukraynanın Xmelniski şəhərində istirahət mərkəzlərinin birində toplaşıblar. Ukrayna polisi bundan xəbər tutan kimi əməliyyat keçirib və "Quli”nin tərəfdarları saxlanılıb. 
 
"Dünən dünyanın müxtəlif ölkələrində "oğru dünyası” son zamanlarda fərqli ölkələrə - Türkiyə, Azərbaycan, BƏƏ-yə getməyə məcbur olan "Quli” ləqəbli "qanuni oğru”nun ad günü qeyd etmək üçün toplaşıb. Bizim ölkəmizdə onlar Xmelniski əyalətindəki istirahət mərkəzinə toplaşmışdılar, ancaq  işləri düz gətirmədi...”, - deyə rəis müavini bildirib.
 
Abroskin daha sonra qeyd edib ki, polislərin bu cür toplantılara müadixələsi ağır cinayətlərin qarşısnı almaq məqsədi daşıyır. Onun sözlərinə görə, belə bir "dostluq görüşü” Gürcüstanda keçirilsəydi, onun iştirakçiları həbsə göndərilərdi.
 
Qeyd edək ki, dünən "Lotu Quli"nin 47 yaşı tamam olub.
 
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...