Lotu Qulinin “1 nömrəli qanuni oğru\" olmaq sevdası - Qardaşını Moskvaya göndərdi

Lotu Qulinin “1 nömrəli qanuni oğru\
 Hazırda İstanbulda məskunlaşan Lotu Quli - Nadir Səlifov qardaşı Namiq Səlifovu Moskvaya göndərib.
 
Məqsəd orada azərbaycanlılarla görüşüb Qulini "1 nömrəli qanuni oğru" kimi qəbul etdirmək, iri bazar və ticarət obyektlərinin sahiblərinin ona biət etməsinə nail olmaqdır.

Məlumata görə, əksər azərbaycanlılar Quliylə problem yaşamamaq üçün onunla razılaşıblar. Amma Rusiya paytaxtının Kalujsk şossesində yerləşən ən böyük meyvə-tərəvəz bazası olan "Fud Siti”yə əl qoymaq mümkün olmayıb. Bu bazara nəzarət edən Rövşən Lənkəranskinin qohumu Zaur və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs Qulinin təklifini geri çeviriblər.

Mövzuyla bağlı başqa bir məlumatda deyilir ki, hazırda "Fud Siti”dəki ofislərində məskunlaşan Zaur və Məhərrəm son günlər çoxsaylı mühafizəçilərlə gəzirlər. Onların mühafizəsiylə ondan çox şəxs məşğuldur. Hər iki şəxs sui-qəsd ehtimalına görə ictimai yerlərdə görünmürlər, təmasları azaldıblar.

Məlumata görə, Quli MDB məkanında "bir nömrəli qanuni oğru” adını təkcə azərbaycanlılar arasında təsdiq etmək istəmir. O, bütün Rusiya ərazisində bunu sübuta yetirmək niyyətindədir. Heç kimə sirr deyil ki, bu adı bir qədər əvvələcən "Şakro Molodoy" daşıyırdı. Amma o, indi həbsdədir. Və məhkəmənin onu uzun müddətə cəzalandıracağı da sirr deyil.

Bir qədər əvvəl isə o,  Vasili Xristoforovu ("Vasya Voskres”) öz varisi elan edərək, hamını onun ətrafında birləşməyə çağırmışdı. Əksər slavyan mənşəli oğrular da "Voskres”in liderliyini qəbul etmişdilər. İndi Vasili Xristoforovu da Lotu Quliylə amansız döyüş gözləyir. 
 
///Lent.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...