Ölkədə koronavirusun yeni ştammı yayıla bilər: Əlamətləri nədir?

Ölkədə koronavirusun yeni ştammı yayıla bilər: Əlamətləri nədir?
Koronavirusun Hindistanda yayılan Delta variantı Uhanda yayılan virusdan 100 faiz daha yoluxucudur və qripəbənzər əlamətləri ilə fərqlənir.
Bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim Emil Qasımov deyib. O bildirib ki, son vaxtlar Böyük Britaniya da yoluxanların əksəriyyətində Delta variantı aşkarlanıb:

"Avropanın proqnozuna görə, avqustun sonuna doğru insanlar arasında yayılacaq olan virusun 90 faizi Delta variantı olacaq. Hesab edirəm ki, bununla bağlı narahatlığa səbəb var. Delta variantının Britaniya ştammından 50-60 faiz daha yoluxucu olması o deməkdir ki, o, Uhan, yəni klassik variantından 100 faiz daha çox yoluxucudur. Bu variantın ölkəmizdə yayılacağı proqnozlaşdırılır. Mən özüm də şəxsən bu cür proqnozlaşdırıram.

Onun digər variantlardan fərqi isə qripəbənzər simptomların çox olmasıdır. Yəni baş, boğaz ağrısı, burun axıtınsı və əlavə olaraq ishal kimi şikayətlər ilə fərqlənir".
E. Qasımov onu da qeyd edib ki, bu ştammın öldürücülüyü barədə dəqiq tədqiqat olmasa da, yoluxduruculuğu çox olduğu üçün xəstəliyi ağır keçirənlərin, xəstəxanaya yerləşdirənlərin, reanimasiyaya ehtiyac olanların sayında artım olması təbiidir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...