Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının altıncı turunun oyunlarına baxıb

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının altıncı turunun oyunlarına baxıb

Sentyabrın 8-də "Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının altıncı turu keçirilib.

Sfera.az xəbər verir ki, Olimpiadanın yeddinci günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı Crystal Hall”a gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.

Leyla Əliyeva əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb.

Fondun vitse-prezidenti kişilərdən ibarət Rusiya yığmasının kapitanı Andrey Filatov ilə də görüşüb, komandasına uğurlar arzulayıb.

Sonra Leyla Əliyeva Norveç komandasının üzvü, hazırkı dünya çempionu Maqnus Karlsen ilə filippinli Xulio Katalino Sadorra arasındakı görüşdə ilk gedişi edib.

Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Leyla Əliyevaya məlumat verib ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Bakı Olimpiadasında 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.

Sonra Leyla Əliyeva Olimpiadanın sərgi salonuna baxıb.

Bildirilib ki, Olimpiadanın tamaşaçılarına "Baku Crystal Hall”da təşkil olunan sərgidə iştirak etmək imkanı verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlarla bağlı plakatlar nümayiş olunur. Burada yaradılan virtual oyun zonası da böyük maraqla qarşılanır. Şəhərimizin sakinləri və qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə oynaya bilərlər./AZƏRTAC/

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...