Leydi Qaqanın oğurlanan itləri tapıldı - 500 min dollar mükafat verəcək

Leydi Qaqanın oğurlanan itləri tapıldı - 500 min dollar mükafat verəcək
Məşhur amerikalı müğənni Leydi Qaqanın oğurlanan itləri tapılıb.

Sfera.az xəbər verir ki, müğənninin itlərini ötən axşam bir qadın polis mərkəzinə təhvil verib. Bundan öncə, Qaqa itlərini tapan şəxsə 500 min dollar mükafat verəcəyini bildirmişdi. Lakin hazırda qadına nə qədər məbləğ ödəniləcəyi bəlli deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl amerikalı müğənninin buldoq itlərini gəzdirməkdə səlahiyyətli olan işçisi silahla vurulmuş və iki iti də qaçırılmışdı.

OXŞAR XƏBƏRLƏR