Leriklilər İqbal Məmmədovun namizədliyinə etiraz edirlər -İcra Hakimiyyəti hədə qorxu gəlir

Leriklilər İqbal Məmmədovun namizədliyinə etiraz edirlər -İcra Hakimiyyəti hədə qorxu gəlir
 

Leriklilər ayağa qalxdı...

Qalmaqallı və oliqarx deputat İqbal Məmmədovun yenidən Lerikdən deputatlığa namizəd kimi göstərilməsi rayonda böyük səs küy və etirazlara səbəb olub. Leriklilər indiyədək rayondan yalnız öz biznesini inkişaf etdirmək üçün istifadə edən, leriklilərə yuxarıdan aşağı baxan, vətəndaşların əmlaklarını qəsb edən, vergi əməkdaşlarını döydürən İ.Məmmədovun namizədliyini yolverilməz hesab edirlər.

Rayondan Hokm.az-a daxil olan məlumata görə, bir qrup Lerik sakini İqbal Məmmədovun namizədliyinin geri götürülməsi xahişi ilə Yeni Azərbaycan Partiyasının rəhbərliyinı müraciət etməyə hazırlaşırlar.

Rayondan daxil olan məlumatlara görə, artıq rayonda İqbal Məmmədovun deputat seçilməsi üçün işlərə başlanılıb. Rayon icra hakimiyyətinin rəhbərliyinə təmsil olunan şəxslər yerli dövlət qurumlarının rəhbərlərinə, məktəb direktorlarına və digər yerli müəssisələrin rəhbərlərinə göstəriş verib ki, sosial şəbəkələrdə digər namizədlərin paylaşımlarını kimsə bəyənməsin, paylaşmasın və müsbət şərhlər yazmasınlar.

 

Rayon rəhbərliyi digər namizədlərə səs verəcək şəxslərin tutduğu vəzifədən azad olunacağını bildirərək vətəndaşlara hədə-qorxu gəlməyə başlayıb. Redaksiyamıza daxil olan məlumata görə, rayon rəhbərliyi kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə və müəssisə rəhbərlərinə zəng edərək, bu tip tapşırıqlar verməkdədir.

Eyni zamanda 78 saylı Lerik seçki dairəsi də İcra Hakimiyyətinin təsiri altında digər şəxslərin namizədliyi əngəlləmək üçün süni problemlər yaratmağa başlayıb.

Qeyd edək ki, İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlı bu ilin avqustda Lerik rayonunda yerləşən "Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilib.

Belə ki, avqustun 16-da "Relax” istirahət mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

Həmin faktla bağlı cinayət işi başlanıb.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri – Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

pia.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...