Lənkəranda yük avtomobili gənc oğlanı vuraraq öldürdü

Lənkəranda yük avtomobili gənc oğlanı vuraraq öldürdü
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sfera.az-ın verdiyi xəbərə görə, hadisə Lənkəran-Boradigah avtomobil yolunda baş verib.

Bakı şəhər sakininin idarə etdiyi "Ford” markalı 99 LJ 419 dövlət qeydiyyat yük avtomobil yolu keçən gənc oğlanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub. Yaralı hadisə yerində ölüb.

İlkin məlumata görə, avtomobilin vurduğu şəxs Lerik rayon sakinidir, restoranların birində ofisiant işlədiyi üçün Lənkəranda kirayədə qalırmış. Hadisə onun iş yerinin yaxınlığında baş verib.

Faktla bağlı araşdırma aparılır.
 
(Report)

OXŞAR XƏBƏRLƏR