Öldürdükləri Taliban üzvünün protez ayağından içki içdilər - DƏHŞƏTLİ FOTOLAR
15:29 / 02.12.2020
2828
Avstraliyalı əsgərlər Əfqanıstanda öldürdükləri Taliban üzvünün protez ayağından içki içiblər.
Sfera.az xəbər verir ki, bu barədə "Guardian Australia” məlumat yayıb.
Məlumata görə, Avstraliya Xüsusi Təyinatlı Qüvvələrinin bir qrup yüksək rütbəli hərbçisinin dəhşətli görüntüləri yayılıb.
2009-cu ildə Əfqanıstanın Uruzqan vilayətinin mərkəzi olan Tarinkot şəhərində çəkilən görüntülərdə avstraliyalı hərbçilərin protez ayaqdan içki içdikləri görünür.
Jalə Mehdi
Sfera.az