Lavrov Bakıya “Hadrut planı” ilə gəlir? – “Erməniləri Hadruta qaytarmaq, sonra isə...”

Lavrov Bakıya “Hadrut planı” ilə gəlir? – “Erməniləri Hadruta qaytarmaq, sonra isə...”
"Sergey Lavrovun İrəvana getdiyi gün "Hadrut erməniləri”nin Ermənistan Xarici İşlər Nazirliyinin önündə aksiya keçirməsi təsadüfi deyil. Ermənilər sülhməramlıların nəzarət etdiyi ərazilərə yox, məhz Hadruta qayıtmağı tələb edirlər”.

Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O qeyd edib ki, bu, rusların erməni qoşunların Qarabağda çıxarılmasından sonra ehtiyatda saxladıqları "Hadrut planı”nın tərkib hissəsidir:

"Çünki ermənilərin Hadruta qayıtması rus sülhməramlılarının da bu əraziyə daxil olması deməkdir və burada iki hədəf var. Birincisi, siyasi hədəf - ermənilərin Hadruta qayıtması "status” məsələsində perspektiv imkanlar yarada bilər. İkincisi, hərbi hədəf - Hadrut Şuşa, Laçın, Xankəndi ilə sərhəddir.
 
Azərbaycan ordusunun bu bölgədəki mövqeyi ermənilərin yaşayacağı Xankəndi və Xocavəndin bir hissəsinə nəzarət imkanı verir. Ermənilər qayıdarsa və Hadrutda rus sülhməramlıları yerləşərsə, Rusiya bütün Araz boyu istiqamətinə - Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan – nəzarət etmək imkanı qazanır”.

A.Nərimanlı bildirib ki, müharibə vaxtı Ermənistana gedən bütün erməni "qaçqın”ların məhz "Hadrut uğrunda” təşkilatı ətrafında birləşməsi də buna hesablanmış addımdır: "İndi Lavrovun İrəvana gəlişi günü eyni tələblər yenidən gündəmə gətirilir. Bu isə Rusiya baş diplomatının Bakıya özündə erməni mülki əhalinin Hadruta qayıtmasını əks etdirən təkliflərlə gələcəyi ehtimalını artırır. Moskva bununla erməni qoşunların çıxarılmasından sonrakı dövrdə Qarabağda strateji üstünlük qazanmağa çalışır”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...