Latviyada yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatlarına etiraz olaraq aksiya keçiriblər - FOTO-VİDEO

Latviyada yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatlarına etiraz olaraq aksiya keçiriblər - FOTO-VİDEO
 Latviyadakı Azərbaycan icmasının üzvləri, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatlara etiraz olaraq aksiya keçiriblər.

Sfera.az xəbər verir ki, aksiya çərçivəsində əvvəlcə həmvətənlərimizin avtomobil karvanından ibarət etiraz yürüşü təşkil olunub. Üzərində Azərbaycan bayrağının, "Erməni təcavüzünə son!”, "Qarabağın işğalına son!” şüarlarının olduğu avtomobillər Riqa şəhərinin mərkəzi küçə və prospektləri boyunca hərəkət edib.

Sonra Azərbaycanın Latviyadakı səfirliyi qarşısında toplaşan aksiya iştirakçıları səfir Cavanşir Axundovla görüşüblər. Ölkəmizə qarşı həyata keçirilən hərbi təcavüz və erməni təxribatları ilə əlaqədar dövlətimizlə həmrəylik ifadə edən soydaşlarımız doğma Vətənimizin müdafiəsinə daim hazır olduqlarını söyləyiblər.

Səfir Cavanşir Axundov nümayiş etdirilən yüksək vətənpərvərliyə və həmrəyliyə görə soydaşlarımıza təşəkkür edib. Xalqımızın və dövlətimizin Azərbaycan ərazilərinin hərbi işğalı ilə heç zaman barışmayacağını qeyd edən səfir torpaqlarımızın qısa zamanda erməni təcavüzkarlarından azad ediləcəyinə əmin olduğunu söyləyib.

Çıxışına Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Azərbaycanın güclü dövlətdir və onun güclü ordusu var” sözləri ilə davam edən səfir ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bütün dünya ictimaiyyəti tərəfindən tanındığını diqqətə çatdırıb.

Sonda həmvətənlərimiz milli ordumuzda qulluq etmək üçün səfirliyə müraciət ediblər.

Səfir Cavanşir Axundov soydaşlarımızın bu fədakar addımlarını yüksək qiymətləndirib.


 
(azərtac)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...