La Liqada yeni mövsümün başlayacağı tarix açıqlandı

La Liqada yeni mövsümün başlayacağı tarix açıqlandı
 Futbol üzrə İspaniya La Liqasında 2020/2021 mövsümünün başlayacağı tarix açıqlanıb. 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tebas yeni mövsümə sentyabrın 12-də start verməyi planlaşdırdıqlarını söyləyib. 

O, mart ayında koronavirusa görə dayandırılan çempionatın iyunun 11-də bərpa olunacağını yenidən təsdiqləyib. 

Qeyd edək ki, La Liqada turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir, ikinci sıradakı "Real Madrid"in 56 xalı var. 


OXŞAR XƏBƏRLƏR