“La-La Lend” filminin ulduzu gizlin ərə gedib hamilə qaldı

“La-La Lend” filminin ulduzu gizlin ərə gedib hamilə qaldı

Aktrisa Emma Stoun gizlin ərə gedib və hamilə qalıb. Bu haqda Daily Mail nəşri məlumat verir.


 

"La-La Lend” in 31 yaşlı ulduzu və onun 35 yaşlı sevgilisi, prodüser və rejissor Deyv Makkeri Los-Ancelesdə gəzərkən paparasilərə tuş gəliblər. Hər ikisinin barmağında eyni formalı nişan üzüklərinin olduğu diqqətdən yayınmayıb.

 

Bundan əlavə, aktrisanın bədən formasını itirən gen kombinezonunun altından bir qədər yumurlanmış qarnı da görünürmüş. Bir müddət əvvəl zinət əşyaları dizayneri Tova Malibu aktrisa ilə görüşündən danışarkən onun hamilə olduğunu ehtimal etdiyini bildirmişdi.

 

 

Qeyd edək ki, bu ilin mart ayında koronavirus epidemiyası və Los-Ancelesdə karantin rejiminin tətbiqi səbəbi ilə cütlüyün toyunun təxirə salındığıbildirilmişdi.

 

 

Emma Stoun "La-La-Lend”, "Bu sarsaq sevgi”, "Qulluqçu”, "Berdmən” və "Yüngül əxlaqlı əlaçı qız” filmlərindən tanınır. 2017-ci ildə o, ən çox qazanan aktrisa elan edilən Stoun, 12 ay ərzində 26 milyon dollar qazanmışdı.

 

 

Selcan

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR