Kürəkəni məşhur aktrisanın evinə hücum etdi - FOTO

Kürəkəni məşhur aktrisanın evinə hücum etdi - FOTO
Məşhur türkiyəli aktrisa Necla Nazır keçmiş kürəkəni Taner Şafak tərəfindən təhdid edilib.
 
Sfera.az bildirir ki, hadisəyə səbəb musiqiçi Taner Şafakın eks-qaynanasının sözlərinə əsəbləşməsi olub. Belə ki, Necla Nazır nəvəsinin babasını və nənəsini görmək istədiyini demək üçün keçmiş kürəkəninə zəng edib. O isə vaxtının olmadığını, gələ bilməyəcəyini  deyib.

Bundan sonra aktrisa keçmiş qudalarına zəng edəcəyini və nəvəsi ilə görüşmələrini istəyəcəyini bildirib. Söhbətə görə özündən çıxan Şafak aktrisanın qaldığı mənzilə gələrək qapını təpikləyib. Keçmiş kürəkən "siz kimsiniz, sizi öldürəcəm”, - deyə təhdidlər səsləndirib.

İddiaya görə, hətta o anlarda silah səsi də eşidilib. Yaşanan hadisədən sonra Necla Nazır polisə gedərək Taner Şafakdan şikayətçi olub.

Qeyd edək ki, türk filminin tanınmış siması Necla Nazırın müğənni Fərdi Tayfurla evliliyindən olan musiqiçi qızı Tuğçe Tayfur həmkarı Taner Şafakla evlənib. Cütlük 2019-cu ildə cütlük boşanıb. Onların oğullarının qəyyumluğu ana Tuğçe Tayfura verilib, Şafakdan isə 1000 dollar aliment tələb edilib. 

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...