No Image

Kürdəmirin həbs edilən icra başçısı kimdir? — DOSYE

Kürdəmirin həbs edilən icra başçısı kimdir? — DOSYE
 Həbs edilən Kürdəmir RİH baaşçısı Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub.
 
Sfera.az  xəbər verir ki,1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
C. Cəfərov əmək fəaliyyətinə 1983-cü ildə başlayıb. O 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib,  1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə "Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə "Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycanın Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı,1 nəvəsi var.

OXŞAR XƏBƏRLƏR

Vətəndaşlara cip taxılacaq? – TƏBİB rəsmi açıqlama yaydı

  "COVID-19 peyvəndi ilə insanları çipləşdirmək şayiədir, elmi əsası yoxdur”. Sfera.az xəbər verir ki, bunu TƏBİB Elmi Komitəsinin Sədri, professor ...

Deputat Ramil Həsən bu paylaşımı ilə özünü güldürdü - FOTOFAKT

91 saylı Ucar seçki dairəsindən deputat seçilmiş Ramil Həsənin sosial şəbəkədəki paylaşımı gülüş doğurub. Sfera.az xəbər verir ki, öz profilindən özü h...

Adi qrip, yoxsa koronavirus? – Həkim bunları fərqləndirməyin yollarını açıqladı

  Payızın gəlişi ilə əlaqədar qripə yoluxanların sayında artım müşahidə edilir. Bu zaman isə bir çox insanlar panikaya qapılaraq koronavirusa yoluxduğun...

“Ramiz Mehdiyevlə Şəhidlər Xiyabanı tərəfdə görüşdüm” – Sirlər açılır

  "Ramiz Mehdiyev məni məhkəməyə verməsə, o zaman mən qanuni hüquqlarımdan istifadə edərək məhkəməyə müraciət edəcəm”.    Bu sözləri  hak...

Ramiz Mehdiyevin nəvəsinin toyunun görüntülərini kim yayıb? - Foto

MediaPost.az saytının əməkdaşı Pərviz Hüseyn sensasion açıqlama ilə çıxış edib.   Sfera.az-ın məlumatına görə, o öz sosial şəbəkə hesabında qeyd edib k...

“Qanuni oğru”ları niyə eyni gündə öldürdülər? - MÜƏMMA

  Azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib. Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, s...