Kürdəmirdə silsilə oğurluqlar edən saxlanılıb

Kürdəmirdə silsilə oğurluqlar edən saxlanılıb

Mayın 15-də MMC-lərdən birinə məxsus 3 avtomobildən ümumi dəyəri 650 manat olan ehtiyyat hissələrinin oğurlanması ilə bağlı Kürdəmir RPŞ-yə ərizə ilə müraciət daxil olub.

DİN-dən verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qismət Süleymanov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib və oğurlanan ehtiyyat hissələri maddi sübut kimi götürülüb.

Ətraflarında aparılan araşdırmalar nəticəsində Q.Süleymanovun digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxs müxtəlif vaxtlarda 3 ədəd kanalizasiya borusunu və vətəndaşa məxsus yük avtombilindən ehtiyat hissələrini oğurladığı məlum olub.

Faktlarla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...