Külək nəticəsində avtomobilə, evlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA

Külək nəticəsində avtomobilə, evlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bakıda ötən gün başlayan güclü külək bir sıra fəsadlar törədib. Külək nəticəsində 100-ə yaxın iri budaq və ağac aşıb. Aşan ağaclar 10 avtomobilə zərər vurub. Bir neçə binanın damı və fasadı uçub.

Bəs güclü külək səbəbindən daşınmaz əmlaka və ya avtomobilə dəyən zərər sığorta təminatına daxildirmi?

Sfera.az xəbər verir ki, sığorta mütəxəssisi Əli Bayramov məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, istər avtomobillər üçün, istərsə də daşınmaz əmlak üçün küləyin vurduğu ziyan adətən sığorta təminatına daxil edilir.

"Bəzi hallarda, xüsusilə daşınmaz əmlakların sığortlanmasında küləyin sürət həddi nəzərə alınır. Əgər külək müəyyən edilən sürət həddinə çatmayıbsa, bu halda əmlaka dəyən zərər sığortalanmaya daxil edilmir. Külək Bakıya xas bir təbiət hadisəsidir. Bu səbəbdən insanlar mütləq şəkildə küləyin törədə biləcəyi riskləri nəzərə almalıdırlar” - deyə o qeyd edib.

Mütəxəssis həmçinin bildirib ki, avtombillərdə bununla bağlı vəziyyət fərqlidir:

"Avtomobillərə zərər dəyən zaman küləyin isə surəti nəzərə alınmır. Külək nəticəsində istər ağac, istərsə də hər hansı başqa bir predmetin avtomobilin üzərinə düşərək fəsad törətməsi sığorta təminatına daxil edilir.”
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Külək nəticəsində avtomobilə, evlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA

Bakıda ötən gün başlayan güclü külək bir sıra fəsadlar törədib. Külək nəticəsində 100-ə yaxın iri budaq və ağac aşıb. Aşan ağaclar 10 avtomobilə zərər vurub. Bi...

Ermənistan ordusunun uğursuz əməliyyatı: 50 erməni mühasirəyə düşdü

Ermənistanın müdafiə nazirinin səfəri 50-yə yaxın erməni hərbçinin Qaragöl gölü ətrafında mühasirəyə alınması ilə yadda qalıb.   Özünü səriştəsiz sələflə...

Rafael Cəbrayılovun ölümü ilə bağlı təfərrüatlar - Keçmiş deputat son nəfəsində nə deyib?

Keçmiş deputat Rafael Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.  Sfera.az xəbər verir ki, koronavirus infeksiyasına yoluxan keçmiş deput...

Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi

Bu qış da Bakı sakinləri qar üzünə həsrət qalıb. Baxmayaraq ki, hava soyuq və yağıntılı keçir, qar həvəskarlarının gözləri hələ də yoldadır. Bəs paytaxta ...

DTX Cıdır düzündəki konsertin VİDEOsunu yaydı

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin Şuşada təşkil etdiyi konsertin geniş görüntüləri yayılıb.   Sfera.az-ın verdiyi xəbərə görə, v...

Ermənilər Ağdamdan çıxarkən evlərini də aparırlar - FOTO/VİDEO

Ermənilərin Kəlbəcər və Ağdamdan çıxarkən hər şeyi özləri ilə aparmağa çalışdıqları, hətta unitazları belə söküb daşıdıqları, apara bilmədikləri üçün evlərə, ma...