Küçələrdə silah səsləri: Çoxlu sayda güllələnən var - FOTOLAR

Küçələrdə silah səsləri: Çoxlu sayda güllələnən var - FOTOLAR
Myanmada fevralın 1-dən bu yana gərginlik azalmır. Ordu hakimiyyəti ələ keçirdikdən sonra xalq küçələrə axışıb.

Sfera.az xəbər verir ki, həm polis, həm də ordu etiraz aksiyalarını dağıtmaq üçün odlu silahlardan istifadə edir. Ayın ilk günündən indiyədək 18 nümayişçinin öldürüldüyü, yüzlərlə şəxsin xəsarət aldığı bildirilir.

"Reuters" agentliyinin məlumatına görə, həbs olunanların sayı olduqca çoxdur. Polis və əsgərlər etiraz qeydə alınan ərazilərə yerləşərək güc tətbiq edirlər.

Adının çəkilməsini istəməyən BMT rəsmisi Yanqonda azı 5 nəfərin öldüyünü açıqlayıb. Daveydə isə 3 nəfərin polis tərəfindən öldürüldüyü bildirilib.

Digər tərəfdən, Yangondakı Hledan meydanında etiraz edən bir çox tələbənin polis maşınlarına mindirilərək aparıldığı və şəhərin bir çox nöqtəsində silah səsləri eşidildiyi qeyd olunur.

Qeyd edək ki, Myanmada fevralın 1-də ordu ölkənin faktiki lideri Aunq San Suu Çii də daxil olmaqla bir çox məmuru və hakim partiya liderini nəzarətə götürüb və bir il boyunca fövqəladə vəziyyət elan edib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...