Bakıda 126 minlik dələduzluqda təqsirləndirilən qadından yeni xəbər

Bakıda 126 minlik dələduzluqda təqsirləndirilən qadından yeni xəbər

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeriya Panfilovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Panfilova dörd epizodun üçündə təqsirsiz bilinib. Məhkəmə onun azadlığa buraxılması ilə bağlı qərar çıxarıb. Qadın məhkəmə zalından azadlığa çıxıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Panfilova beş il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş qadın məhkəmə zalında həbs olunub.

İttiham aktına əsasən, V.Panfilova dörd nəfərə - Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı dələduzluq edib.

O, həmin şəxslərin ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

V.Panfilovanın vəkili Əkrəm Həsənov qeyd edir ki, cinayət işi üzrə zərərçəkmişlər müvəkkilinə həmin pulları 3 faizlə sələm şəklində verib.

İstintaq və məhkəmə dövründə V.Panfilovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilmişdi.



OXŞAR XƏBƏRLƏR

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...