Şəmkirdə 3 nəfərdən ibarət oğru dəstə saxlanılıb - VİDEO

Şəmkirdə 3 nəfərdən ibarət oğru dəstə saxlanılıb - VİDEO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları növbəti cinayət əməlinin üstünü açıblar.

Sfera.az bildirir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri 34 yaşlı Babək Sadıqov, 31 yaşlı Fərid Torkiyev və Bakı şəhər sakini 49 yaşlı Elba Əhmədov saxlanılıb.

Araşdırmalar zamanı müəyən edilib ki, Babək Sadıqov və Fərid Torkiyev müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlara qanunsuz daxil olaraq, oradan xeyli miqdarda qızıl-zinət əşyları və nəğd pul oğurlayıblar.

Daha sonra həmin şəxslər oğurluq yolla əldə etdikləri qızıl-zinət əşyalarını Gəncə və Bakı şəhərlərində Elba Əhmədov vasitəsilə satıblar.

Araşdırmalar zamanı həmçinin dəstə üzvlərinin Şəmkirlə yanaşı, ətraf rayonlarda da analoji cinayətlər törətdikləri müəyən edilib. Onlar əsasən bağlı qapıları hədəf seçib və bu minvalla oğurluq etdiklərini bildiriblər.

Saxlanılan hər üç şəxs əməlini etiraf edib. Onlar ifadələrində qarət etdikləri ünvanları əvvəlcədən seçdiklərini deyiblər. Oğurluq yolla əldə edilən vəsait isə kef məclislərinə xərclənib.

Saxlanılan hər üç şəxs barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...