Bakıda şirkətin ofisindən 40 min manat oğurlanıb
Kateqoriya məlum deyil
Bakıda şirkətdən külli miqdarda pul oğurlanıb.
Sfera.az bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən arxitektur şirkətində qeydə alınıb.
Bakı şəhər sakini Saməddin Heydərov hüquq-mühafizə orqanlarına müraciət edərək çalışdığı şirkətdəki seyfdən 40 min manat pulun naməlum şəraitdə oğurlandığını bildirib.
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırmalara başlanıb. (APA)






