Sosial şəbəkələrdə narkotik satan dəstənin üzvü saxlanıldı

Sosial şəbəkələrdə narkotik satan dəstənin üzvü saxlanıldı

Daxili işlər orqanları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Sfera.az xəbər verir ki,  yeni sabah-a daxil olan məlumata görə, Nəsimi Rayon Polis İdarəsi və 21-ci Polis Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan paytaxt sakini Vüsal Vəlizadə saxlanılıb. 

Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki qutudan 2,631 qram yüksək təsiredici xassəyyə malik narkotik vasitə olan kokain, 0,176 qram metamfetamin, həmçinin psixotrop maddələr olan 55 ədəd ekstazi və 102 ədəd preqabalin həbləri aşkar edilərək götürülüb. Araşdırmalarla müəyyən edilib ki, Vüsal Vəlizadə narkotik vasitələri və psixotrop maddələri hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. V.Vəlizadə narkotik vasitələri əvvəlcədən razılaşdırılan yerdən götürəndən sonra polislər tərəfindən tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onlayn yolla sosial şəbəkələrdə  narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...