Qanlı domino oyunu: Bakıda fəhləyə 14 bıçaq zərbəsi endirildi

Qanlı domino oyunu: Bakıda fəhləyə 14 bıçaq zərbəsi endirildi

Bakıda 1973-cü il təvəllüdlü şəhər sakini V.Əzizov bıçaqlanıb.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a paytaxtın Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 26-da saat 21 radələrində Qara Qarayev prospektində V.Əzizova döş qəfəsi və qarın nahiyəsindən bıçaq zərbəsi endirilib. Hadisədən sonra cinayətkar yoxa çıxıb.

 

Nəticədə, ağır vəziyyətdə olan zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, məhkəmə-tibbi ekspertiza nümayəndələri yaralının bədənində 14 bıçaq zərbəsi aşkarlayıb.

Əməliyyat-axtarış tədbirləri zamanı Nizami rayon 24-cü Polis Bölməsi tərəfindən şübhəli bilinən şəxs - Şamaxı sakini, 1995-ci il təvəllüdlü Ş.Musayev saxlanılıb.

Məlum olub ki, münaqişə məişət zəminində - yaxınlıqdakı bazarda işləyən fəhlələr arasında çayxanada domino oynayarkən başlayıb. Sərxoş V.Əzizov Ş.Musayevi təhqir edib. Buna cavab olaraq Ş.Musayev şahidlərin önündə cibindən bıçaq çıxararaq V.Əzizova hücum edib.

Şahidlərin sözlərinə görə, V.Əzizov sərxoş vəziyyətdə aqressivləşir, hər kəsi təhqir edir. Bu halda baş verən hadisənin günahkarının zərərçəkən özü olduğu məlum olur.

Faktla bağlı istintaq davam edir.


OXŞAR XƏBƏRLƏR

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...