Bakıda çay evində 61 yaşlı kişi çaydanla öldürüldü - TƏFƏRRÜAT

Bakıda çay evində 61 yaşlı kişi çaydanla öldürüldü - TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda çayxanada törədilən qətlin təfərrüatı məlum olub.

"Oktyabrın 17-də səhər saatlarında Faiq Rüstəmov küçəsi, Rəsulzadə qəsəbəsində 1958-ci il təvəllüdlü Sabir Ələkbərovun cəsədi tapılıb. İstintaq kişinin başından aldığı zərbələr nəticəsində beyin qanaxmasından öldüyünü müəyyənləşdirib”, - deyə Binəqədi Rayon Polis Şöbəsindən Oxu.Az-a bildirilib.

Binəqədi RPİ-nin əməliyyatçıları qətlin S.Ələkbərovun tapıldığı yerdən bir neçə metr məsafədə yerləşən çayxanada baş verdiyini müəyyənləşdirib.

 

Belə ki, kişi çayxanada 1997-ci il təvəllüdlü Cövdət Abbasov adlı dostu ilə çay və spirtli içki içib. Söhbət əsnasında tərəflər arasında yaranan münaqişə nəticəsində C.Abbasov stoldakı çayniki götürərək S. Ələkbərovun başına zərbələr endirib.

O, daha sonra hadisə yerindən qaçıb. Qurban çayxanadan çıxıb və bir neçə metr irəlilədikdən sonra huşunu itirib.

Mərhumun meyitini səhər aşkar etmək mümkün olub. Bu müddət ərzində qohumlarından heç kim onu axtarmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin səhlənkarlıq nəticəsində ölməsi) maddəsi ilə cinayət işi açılıb.

C.Abbasov tutulub.

09:17

Bakıda çay evində qətl hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə,report-un xəbərinə görə, hadisə ötən gün saat 20 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayonun Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən "Vimay” klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb.

Daha sonra C.Abbasov S.Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib.

S.Ələkbərov aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. C.Abbasov şübhəli şəxs qismində saxlanılıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Sabah bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq.   Sfera.az xəbər ver...

Türkiyədə şəxsi təyyarə qəzaya düşdü - İtkinlər var

Türkiyənin Bayburt-Ərzurum sərhədində şəxsi təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. &nb...