Logo

Keçmiş arvadını və qayınanasını öldürən şəxs özünü avtobusun altına atıb - DİN

Keçmiş arvadını və qayınanasını öldürən şəxs özünü avtobusun altına atıb - DİN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi (DİN) Bakıda keçmiş arvadını və qayınanasını öldürərək yandıran şəxslə bağlı məlumat yayıb.

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən  yeni sabah-a verilən məlumata görə, oktyabrın 16-da Binəqədi rayonu ərazisində Təranə İsmayılovanın yaşadığı evə gələn keçmiş əri, əvvəllər məhkum olunmuş V.Hüseynov münaqişə zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb.

V.Hüseynov sonra "Azadlıq" prospektində özünü avtobusun altına atıb.

Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR