Bakıda yeznə-qayın davası qanla bitdi - Gözəl qızlara görə

Bakıda yeznə-qayın davası qanla bitdi - Gözəl qızlara görə

Bakı sakini ədəbsiz davranışda günahlandırılaraq qarnından bıçaqlanıb. Bıçaqlanma hadisəsi paytaxtın Qaradağ rayonunda baş verib.

Sfera.az xəbər verir ki, bu barədə Oxu.az-a Qaradağ Rayon Polis Şöbəsindən məlumat verilib.

Oktyabrın 2-nə keçən gecə Qobustan qəsəbəsi ərazisində baş verən cinayət hadisəsinin qurbanı 18 yaşlı Sənan Nəcəfov olub.

Araşdırma zamanı cinayətdə 23 yaşlı gəncin iştirakı müəyyən edilib (adı hələlik məlum deyil). Şübhəli şəxs tutulub və hazırda Qaradağ Rayon Polis İdarəsində ifadə verir.

Bildirilib ki, S.Nəcəfov saxlanılan şəxsin bacısı ilə nişanlı olub. Ancaq hadisəni törədən şəxs gələcək qohumunun gözəl qızların fotolarını sosial şəbəkədə paylaşaraq ədəbsiz davrandığını hesab edib.

Gəlinin qardaşı S.Nəcəfovu "kişi söhbəti”nə çağırıb və evlənməyə hazırlaşan kişinin bu qədər düşüncəsiz davranmasının yolverilməz olduğunu bildirib.

S.Nəcəfov qarşı tərəfi bunların yalnız gözəl qızların fotoşəkilləri olduğuna inandıra bilməyib. Gənclər arasında münaqişə yaranıb.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...