Bakıda maraqlı cinayət - Biri qardaşına, biri yoldaşına....

Bakıda maraqlı cinayət - Biri qardaşına, biri yoldaşına....

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 318.1; 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əliyev Loğman Ağalar oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı İmişli rayon sakini Əliyeva Nərminə Bəhmən qızı tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman saçına bağladığı qara rəngli parçanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə 1.875 qram narkotik maddə - heroin aşkar edilmişdir.

Digər fakt üzrə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əsədov Ceyhun Nəriman oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Əsədzadə Əmiş Nəriman oğlu tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunun içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0.389 qram narkotik maddə - marixuana aşkar edilmişdir.
Hər iki faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərin istilik təchizatı dayandırılacaq

İstehlak edilmiş istilik enerjisinin dəyəri barədə satıcı tərəfindən hesab istehlakçıya təqdim edildikdən(göndərildikdən) sonra istehlakçı tərəfindən 30 (otuz) ...

İstilik təchizatı sektorunda YENİLİK

2028-ci il iyulun 1-dən istilik təchizatı sektorunda qiymətlər (tariflər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəc...

Təqaüdlər və müavinətlər artırılır - Bu tarixdən...

Cənab Prezidentin imzaladığı fərmana əsasən, iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq ölkəmizdə müavinət və təqaüdlərdə artımlar reallaşacaq...

DİN-dən əhaliyə daha bir XƏBƏRDARLIQ​​​​​​​

Bank kartlarından oğurluq davam edib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib k...

"Heydər Əliyev gələndə KAMAZ şoferləri..." - Siyavuş Novruzov

"Ulu Öndər Heydər Əliyevi bəzən Atatürklə müqayisə edirlər".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar ...

“Elə fənlər var ki, onlar lazım olan bacarıqları vermir” – Nazir

“Proqramlarda elə fənlər var ki, onlar sizə lazım olan bacarıqları vermir. Bu proqramların icrası da əvvəlki illərdən bəri tətbiq olunur”.  ...