10 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

10 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
 

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Sfera.az-a  verilən məlumata görə, bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nərimanov rayonunun ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin götürülüb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 1,1 kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Səmədovdan 440 qram marixuana götürülüb.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mirzəqurbanlı kənd sakini, əvvəllər məhkum olunmuş Z.Əliyevin həyətyanı sahəsindən 1,7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

 

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaracallı kənd sakini C.Mikayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfatına baxış zamanı 6,5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...