Mingəçevirdə körpələr evindən oğurluq edilib
Kateqoriya məlum deyil
Mingəçevirdə körpələr evi-uşaq bağçasından oğurluq edilib.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, MingəçevirŞəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-nə keçən gecə şəhər ərazisindəki körpələr evi-uşaq bağçalarının birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini İ.Rzayev saxlanılıb.






