“Quli” böyük “sxodka”da qalib gəldi – Xəbərdarlıq etdi

“Quli” böyük “sxodka”da qalib gəldi – Xəbərdarlıq etdi
 

Azərbaycanlı "qanuni oğru” Nadir Səlifov ("Quli”) böyük "sxodka”da ona qarşı çıxanlara qalib gəlib. 

"Yeni Sabah” Rusiya KİV-inə istinadən xəbər verir ki, Nadir Səlifovun  "qanuni oğru” statusundan məhrum edilməsini tələb edən Badri Koquaşvili ("Badri Kutaisi”) və ona birmənalı dəstək verən Quram Çixladze ("Kvejoviç”) ilə Emzar Caparidze ("Kvatia”) "oğru dünyası”nın nüfuz sahibləri tərəfindən "qanuni oğru” kimi qəbul edilməyib.

Problemin kökü

Nadir Səlifova qarşı iddilar Quram Çixladzenin onunla görüşdə vurulması ilə bağlı idi.  Həmin görüşdə Nadir Səlifovun yaxın adamı qazax əsilli Arman Cumagəldiyev ("Arman Dikiy”) Quram Çixladzeyə əl qaldırmışdı. Lakin o, Quram Çixladzenin statusundan xəbərsiz olduğunu demişdi. Nadir Səlifov da Arman Cumagəldiyevin cəzalandırılmasına həvəssiz yanaşmışdı. 

Badri Koquaşvili

"Quli”yə qarşı koalisiya

Bu hadisədən sonra Badri Koquaşvili Nadir Səlifovun "qanuni oğru” statusundan məhrum edilməsi ilə bağlı məsələ qaldırmışdı. Badri Koquaşviliyə  Quram Çixladze, Emzar Caparidze və Zaxari Kalaşovdan ("Şakro Molodoy”)  dəstək gəlmişdi.  Quram Çixladze ilə Emzar Caparidzedən fərqli olaraq Zaxari Kalaşov dəstəyini açıq ifadə etmirdi. Onun niyyəti bu olaydan yararlanaraq Nadir Səlifovun "oğru dünyası”na təsirini zəiflətmək idi. Eyni zamanda özünü gələcək təhlükələrdən sığortalamaq istəyirdi.  

Böyük "sxodka”

Nəhayət, Nadir Səlifovun təşkilatçılığı ilə baş tutan "sxodka”da ona qarşı iddialar əsassız hesab edilib. Arman Cumagəldiyev Quram Çixladze ilə aralarında baş verən insidentə aydınlıq gətirib və "sxodka”ya toplaşan "qanuni oğru”ların hər hansı etirazı ilə üzləşməyib. 

Lakin məsələ bununla bitməyib. Bəlli olub ki, Nadir Səlifova qarşı birləşən "qanuni oğrular”ın özlərinin problemləri var. Aydın olub ki, Badri Koquaşvilinin Roland Qeqeçkori ("Roland Şlyapa”) və Merab Mzarelua ("Duyake”) ilə,   Quram Çixladzenin Qoça Maysuradze ("Qoqita”) ilə, Emzar Caparidzenin isə Tariel Oniani ("Taro”) və Merab Suxumski("Pipia”) ilə problemləri var. 


Quram Çixladze

Onlara bildirilib ki, problemlərini həll etmədən hansısa "qanuni oğru”nu bu statusdan məhrum etmək kimi qədər ciddi bir məsələdə söz sahibi ola bilməzlər.  Həmçinin, "sxodka”ya  toplaşanlar onların özlərini "qanuni oğru” kimi tanımadıqlarını bəyan ediblər. 

Digər tərəfdən sxodkada aydınlaşıb ki, bu işlərin başında Zaxari Kalaşov dayanır. Merab Suxumski artıq onun oyunlarından bezdiyini bildirib. Güman edilir ki, yaxın vaxtlarda Zaxari Kalaşovun özü statusunu itirə bilər. Sonda Nadir Səlifov "sxodka”nın qərarını qəbul etməyənlərin ən sərt formada cəzalandırılacağını deyib. 



OXŞAR XƏBƏRLƏR

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.   Sfera.az “qafqazinfo.az”a istin...

Qətərdən İrana: Bu hücuma cavab verə bilərik!

İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumuna etiraz olaraq Qətərin Xarici İşlər Nazirliyinə çağırılıb.   ...

"İranı dəstəkləyirik, müzakirə qaçılmazdır" - Peskov

“Rusiya Yaxın Şərq münaqişəsində aydın və ardıcıl mövqe ilə İranı dəstəkləyib”.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kr...

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

Günümüzdə bank kartları alış-veriş, ödəniş, pul çıxarışı və onlayn əməliyyatlar üçün ən rahat vasitələrdən biridir. Ona görə də maliyyə əməliyyatlarının böyük ə...

Dostluqdan düşmənçiliyə: İran və ABŞ-nin 80 illik gərgin tarixi

İran və ABŞ arasında münasibətlər müasir beynəlxalq siyasətin ən mürəkkəb və gərgin xəttlərindən biri olaraq qalır. Bir zamanlar strateji tərəfdaş olan bu iki d...

Daha iki ölkə arasında gərginlik: Sərhədlər bağlandı

Tailand bölgədəki gərginlik səbəbindən yeddi əyalətdə Kamboca ilə sərhədi bağlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "The Guardian"...