“Qoca” ləqəbli avtoritetlə birgə vaqondan qaçan şəxsdən xəbər var

“Qoca” ləqəbli avtoritetlə birgə vaqondan qaçan şəxsdən xəbər var
 

Xüsusi təyinatlı vaqondan qaçan və saxlanılması üçün keçirilən əməliyyatda öldürülən "Qoca” ləqəbli Etibar Məmmədovla birgə həbs olunan Məhəmməd Heydərov Ali Məhkəməyə müraciət edib.

APA-nın məlumatına görə, M. Heydərov şikayətində barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, təqsirləndirilən M.Heydərov 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin qətlində şübhəli bilinərək həbs edilib. Onunla birgə tutulan "Qoca" ləqəbli Etibar Məmmədov məhkəmə dövründə xüsusi təyinatlı vaqondan qaçıb. E.Məmmədov əməliyyat zamanı polisə silahlı müqavimət göstərdiyi üçün məhv edilib. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Heydərov 18 il müddətinə azadlıqdan məhrum edilib. 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...